Cümə axşamı, 16 May

"Teatrda işləyib, acından ölürəm" -Əməkdar artist

image

Əməkdar artist Münəvvəl Əliyeva teatrda maaşların az olmasından gileylənib.

Xəbər verilir ki, Akademik Milli Dram Teatrının aktrisası "Səhərin səsi" proqramında məsələ ilə bağlı bunları deyib:

"Ötən il nazir "Tərəqqi" medalı təqdim edəndə iki söz dedim: insan peşə seçəndə, qarşısında iki məqsəd olur. Ya çox pul qazanıb ev, maşın alacaqsan, gözəl şərait yaradacaqsan. Ya da elə sənət seçməlisən ki, öləndən sonra da ölümsüzlük qazanasan. Özümdən sonra nəsə qoymalıyam. Əslində, veriləcək bu dəyərlər, adlar bizə nəsə etmir, nəyisə dəyişmir. Teatr elə sahədir ki, burada işləyənlərə "fanat" deyirlər. Əvvəllər bizi dəli adlandırırdılar. Bu sahədə olanlar nə populyarlıq qazanır, nə ev-eşik alır, nə də şərait yaradır. Mümkünsüzdür... Nə də ki, kimsə teatr aktyorunu toya çağırıb demir ki, filan sözü de, 5 manat verəcəyəm. Yaxud da bizim işdə rüşvət yoxdur".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00